- Research Article
- 10.36719/2789-6919/37/25-29
Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar
- Sep 30, 2024
- SCIENTIFIC RESEARCH
- Sevinc Talıbova
Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, həmin dillərdən sözalma prosesi rus dilinin vasitəçiliyi ilə reallaşmışdır. Azərbaycan dilinin inkişafının müstəqillik mərhələsi, Avropa dilləri, xüsusilə ingilis dili ilə kontaktsız dillərarası əlaqə qura bilməsi ilə xarakterizə olunur. Məqalədə Azərbaycan və ingilis dil əlaqələri, hazırkı durumu və eləcə də bu əlaqələrə qloballaşan dünyanın tələbləri prizmasından baxılmışdır. İngilis mənşəli sözlərin Azərbaycan dilinin lüğət tərkibində yeri və işlənmə sahələri nəzərdən keçirilmişdir. Ayrı-ayrı lüğətlərdən seçilmiş ingilis mənşəli sözlərin ən çox texnologiya, kommunikasiyaya aid sahələr və müasir texniki avadanlıqların adları ilə bağlı olduğu müəyyənləşdirilmişdir. Müxtəlif illərdə nəşr olunmuş lüğətlər üzərində aparılan statistik hesablamaya əsasən, ingilis dilindən alınmaların kəmiyyətcə çoxaldığı qənaətinə gəlinmişdir. Əvvəlki illərə nisbətən son 10 ildə ingilis mənşəli sözlərin işləndiyi sahələrin sayının artması müşahidə olunur. Eyni zamanda məişət üslubunda, insanların gündəlik fəaliyyətlərində də bu qəbildən olan sözlər yer almaqdadır.
Read more