- Research Article
- 10.69760/gsrh.0250206028
Biznes fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin əsas istiqamətləri
- Dec 28, 2025
- Global Spectrum of Research and Humanities
- Murad Alakbarzadeh
Bazar mühitinin qeyri – müəyyənliyi iqtisadi münasibətlərin subyektlərindən bazarda baş verən proseslərin dərin təhlilini aparmağı tələb edir. Biznes subyektləri digərləri ilə aralarında yaranan münasibətlərin müxtəlifliyinə görə daim dəyişən şəraitdə fəaliyyət göstərirlər. Hüquqi təminatın qeyri – səlisliyi, bazar və informasiya infrastrukturunun kifayət səviyyədə inkişaf etməməsi, iqtisadi həyatda baş verən dalğalanmaların artması, maliyyə – kredit sistemindəki problemlər, əsas istehsal strukturlarının təsərrüfat əlaqələrinin zəif inkişaf etməsi iqtisadi sabitliyi pozan amillər sırasındadır. Beləliklə, təsərrüfat subyektlərinin fəaliyyəti xarici mühitin qeyri – müəyyənliyi şəraitində həm obyektiv, həm də subyektiv səbəblərdən geniş iqtisadi təhlillərin aparılmasını şərtləndirir. İqtisadiyyatda təsərrüfat subyektlərinin iqtisadi sabitliyi digər hallarla yanaşı, kollektivin mövqelərinin sabitliyinə, insanların həyat səviyyəsinə, innovasiyalara, yerli istehsalçıların dünya və daxili bazarlarda rəqabət qabiliyyətinə müsbət təsir göstərir. Bu baxımdan yeni yaradılan istehsal strukturları əsasən bazar şəraitində stabil fəaliyyət göstərmək, bazar mövqelərini saxlamaq, daxili istehlakçıları qorumaq və istehsal aparatını müasir tələblər əsasında saxlamaqda maraqlıdır. Biznes subyektlərinin iqtisadiyyatının ümumi vəziyyətinin, struktur dəyişikliklərinin, əsas fəaliyyət növlərinin resurs təminatının, daxili bazar tələbinin vəziyyətinin öyrənilməsi göstərir ki, milli iqtisadiyyatdakı dayanıqlığın artırılması yeni iqtisadi modelə keçidlə əlaqədar olaraq innovativ inkişafa əsaslanan artım, biznes subyektlərinin iqtisadi dayanıqlığının təmin edilməsi üçün nəzəri və metodoloji əsasların işlənib hazırlanmasını tələb edir. Bu istiqamətdə biznes subyektlərinin idarəetmə mexanizmi, idarəetmə və marketinqi, dövlət müəssisələrinin yenilənmiş sosial-iqtisadi münasibətlər sistemi ilə səhmdar cəmiyyətlərə çevrilməsi zamanı struktur yenilənməsi öz əhəmiyyətini qoruyur.
Read more